Avtoyuma məntəqələrində qiymətlər bahalaşdı - VİDEO

Son bir ay ərzində avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətləri artıb. Bu faktı həm sürücülər, həm də avtoyuma məntəqələrinin işçiləri təsdiqləyirlər.

Avtomobil sürücüləri “Xəzər Xəbər”ə deyib ki, avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətində təqribən 20 faizlik artım var.

Kiçik həcmli avtomobillərin yuyulması 5 manatdan 6 manata, iri həcmli avtomobillərin yuyulma qiyməti isə 10 manatdan 12 manata qədər artıb. Bəzi sürücülər qiymət artımının bir aydır hiss edildiyini deyir.

Avtoyuma məntəqələrindən bildirilib ki, hazırda şəhərdə əksər avtoyuma məntəqələrində kiçik avtomobillər 6 manata yuyulur.

Qiymət artımının səbəblərindən danışan avtoyuma işçisi qeyd edib ki, bahalaşma həm müvafiq şampunların, dərmanların, həm də suyun qiymətinin son artımından sonra baş verib.

Digər avtoyuma məntəqələrində də bildirildi ki, xidmət haqqının artımı xərclərin yüksəlməsi ilə əlaqəlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ