Dumanlı hava şəraiti nə vaxta kimi davam edəcək?

“Hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Ölkə ərazisinin bəzi bölgələrində, o cümlədən Bakıda görünüş məsafəsi 200-800 metr, Astara rayonunda isə 50 metrədək məhdudlaşıb”.

Buta.media xəbər verir ki, bu sözləri Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, ölkə ərazisində dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcək: “Magistral avtomobil yollarının bəzi hissələrində dumanla əlaqədar olaraq görünüş məsafəsi 50-500 m-dək məhdudlaşacaq. Aprelin 12-dən 13-nə keçən gecə cənub-şərq küləyinin şimal küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ