Gecə klubunda yaralanan əcnəbinin vəziyyəti necədir? - TƏBİB açıqladı

Bakıda gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşı Sanura Namuda Fatemahın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə Buta.media-ya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, Seneqal vətəndaşı ağciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ