Bakı sakinlərinə güclü küləklə bağlı xəbərdarlıq edildi

Bakıda və Abşeron yarımadasında aprelin 11-i gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 10-u axşamdan 12-si gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ