Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlfi ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş 10 banka kürünü mənimsədiyi deyilən Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov mətbuatda yer alan xəbərlərə reaksiya verib.
Buta.media-nın məlumatına görə, səfir, günahsız olduğunu Qurandan misal gətirərək yazılanların böhtan olduğunu bildirib:
“İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.".