“Son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishal müşahidə edilir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, xəstəxanaya müraciət edən uşaqlar müayinə olunur və rotavirus olması aşkarlanırsa, onlara uyğun mülacə yazılır: “Hazırda bu hallar epidemiya şəklindədi və 5 yaşlı uşaqlarda daha çox rast gəlinir. Xəstəlik böyük yaşlarda da müşahidə edilsə də, onlar yüngül keçirilər. Uşaqlardakı simptomlar bir həftədən bir aya qədər dava edə bilər”.