Ukraynada Elçin Səfərlinin kitabları yandırılır - Yazıçıdan açıqlama

Ukraynanın “BookChef” nəşriyyatı azərbaycanlı yazıçı Elçin Səfərlinin kitablarının nəşrini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nəşriyyatın instaqram səhifəsində bildirilib.

Qeyd olunub ki, E. Səfərlinin kitablarının nəşrinin dayandırılması yazıçının Ukraynada gedən hərbi əməliyyatlarla bağlı öz mövqeyini bildirməməsi ilə əlaqəlidir.

E. Səfərli sözügedən məsələni belə şərh edib: “Heç kim məndən siyasi, xüsusilə də anti-Rusiya bəyanatlar verməyimi tələb edə bilməz. Bir çox rusiyalı tanışlarımın milli mənsubiyyətindən utandığı bir vaxtda yazıçılıq tarixçəmin Rusiyada başlaması, davam etməsi və əgər ömür vəfa edərsə davam edəcəyi ilə yalnız fəxr edə bilərəm. Və qoy dünyadakı bütün nəşriyyatlar məndən imtina etsin – mən rus dilində yazıram, mən rus dilində hiss edirəm və bu, ömrümün sonunadək mənimlə olacaq şeydir”.

Yazıçı, həmçinin kitablarının oxucular tərəfindən yandırılmasına münasibət bildirib: “Ukraynada kitablarımı yandıran və bu videoları direktimə göndərənlər, bu, ümumiyyətlə, milliyətlə əlaqəli deyil. Bu, özündə insanı itirən insandır. Bundan kədərli heç nə yoxdur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ