Bakıda restoranın lifti qırıldı: Xəsarət alanlar var

İçərişəhərdə yerləşən restoranlardan birində lift qırılıb.

Kliniki Tibbi Mərkəzdən Buta.media-ya verilən məlumata görə, hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb.

Yaralanan şəxslər - 1988-ci il təvəllüdlü Abdulsalamov Məmməd Əlövsət oğlu və 1978-ci il təvəllüdlü Qəhrəmanov Nadir Əli oğludur. 

Hər iki şəxs təcili tibbi yardım maşını ilə mərkəzə gətirilib. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ