Gecə klubunda yanan Aysel əməliyyat olundu - VİDEO

Bakıda gecə klubunda baş verən partlayışda yaralanan bloqer Aysel Şükürovanın görüntüsü yayılıb. 

Bu barədə Ayselin ad gününə getdiyi Raul öz “Instagram” hesabında paylaşıb.

O, qeyd edib ki, Aysel əməliyyat olunub.

Xatırladaq ki, hadisə 3 apreldə Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib. 

Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib, üç nəfər həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ