Bakıdakı gecə klubunda partlayışa görə üç nəfər həbs edildi

Bakıda "Location" gecə klubunda baş verən partlayışa görə ikisi klubun rəhbərliyindən olmaqla, üç nəfər həbs olunub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

Gecə klubunda qaz balonun partlaması nəticəsində baş vermiş qəza ilə bağlı başlanmış cinayət işi üzrə 3 nəfər həbs edilib. Təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan obyekti icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, səhlənkarlıqda ittiham edilənlər şirkətin təsisçisi-klubun meneceri Orxan Səfərov və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov.

24:51

Aprelin 3-ü “Location” gecə klubunda partlayış olub.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ