Manaf Ağayevin qorxusundan səsini çıxartmır: Maşını başına bəla oldu - VİDEO

Müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu. O, cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus "Mercedes" markalı avtomobil qanunsuz olaraq cərimə meydançasında saxlanılır.

Bu barədə vəkil Adəm Məmmədov bildirib.

Vəkil deyib ki, maşını sahibinə qaytarmaqdan imtina edirlər: "Manaf Ağayev də qorxusundan səsini çıxartmır".

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vəkilin iddiaları əsassızdır: “Manaf Ağayevlə bağlı inzibati tənbeh tətbiqi ödənildikdən dərhal sonra avtomobil sahibinə qaytarılıb”.

Qeyd edək ki, Manaf Ağayev işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutka həbs edilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ