Vilyam Hacıyevin oğlu işdən çıxarıldı

Həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.

O, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən azad olunub.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyiblər.

M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işdən ayrılmaq üçün özü Baş Prokuror Kamran Əliyevə müraciət edib.

“Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, məni tutdugum vəzifədən sərəncama götürsün”, - o qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ