Qaz sayğacları ilə bağlı YENİLİK

“Azəriqaz”a məxsus smart tipli “GallusPay” sayğaclarının kartlarını NFC təminatı olan telefonlar vasitəsi ilə balansını artıraraq, bu sayğacları onlayn yükləmək mümkün olacaq”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Şöbə rəisi bu ödənişlərin ilkin olaraq “E-Manat” terminallarında mümkün olacağını qeyd edib. “Heç bir fors-major hal baş verməsə, 10-15 gün ərzində əvvəlcədən ödənişli “Zenner” tipli sayğacların da onlayn ödənişi mümkün olacaq. Abonent məmnunluğu bizim üçün çox önəmlidir”, – deyə, şöbə rəisi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ