Peyk görüntülərinə əsasən, bu gün ölkə ərazisinə cənub-qərb istiqamətli hava axınları ilə Afrika səhralarından toz kütlələri daxil olub.
Buta.media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
“Hazırda Bakı şəhərində tozun miqdarının normadan 10 faiz çox olduğu müəyyən edilib. Lakin aprelin 2-3-də tozun konsentrasiyası daha da artacaq. Toz dumanının qısa müddətdə davam edəcəyi və orta çirklənmə səviyyəsinin müşahidə olunacağı gözlənilir”.
Xidmət rəsmisinin sözlərinə görə, toz dumanı ilə bağlı transsərhəd xarakterli çirklənmə qonşu ölkələrdə də müşahidə edilir. Əsasən də Türkiyə ərazisində 31 mart tarixindən başlayaraq tozla əlaqədar yüksək çirklənmə səviyyəsi izlənilir:
“Sinoptik vəziyyətlə əlaqədar ölkəmizdə yüksək çirklənmə səviyyəsi proqnozlaşdırılmır”.