Bakıda 15 yaşlı qız intihar etdi - İmtahandan az bal yığdığına görə

Ötən gün axşam saatlarında paytaxtın Yasamal rayonunda15 yaşlı qız imtahana görə intihar edib.

Buta.media Qafqazinfo-ya istinadən xəbər verir ki, Yeni Yasamal qəsəbəsində yaşayan 15 yaşlı Z.C qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində vəfat edib.

İlkin məlumata görə, Z.C qarşıda gözlənilən imtahandan az bal yığacağına, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ