MİDA bugünkü satışla bağlı siyahı yaydı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün satışa çıxarılan mənzillərlə bağlı sosial şəbəkələrdəki müzakirələrdən sonra siyahı yayımlayıb.

Bildirilib ki, 442 mənzilin seçimində 8938 nəfər iştirak edib.

Agentliyin yaydığı siyahı ilə linkdə tanış ola bilərsiniz.

Qeyd edək ki, mənzillərin bir neçə saniyəyə satılması sosial şəbəkələrdə tənqid olunub. İstifadəçilər bildirib ki, saniyələr ərzində seçim prosesini icra etmək mümkün deyil, buna görə də şəffaflıq sual doğurur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ