Qarabağda olan Rusiya sülhməramlılarının şəxsi heyətindən heç kim Ukraynaya göndərilməyib.
Buta.media xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
“Bu, Ukrayna tərəfinin həqiqətə uyğun olmayan informasiyasıdır. Qarabağda olan Rusiya sülhməramlıları Ukraynaya göndərilməyib”, - deyə səfir jurnalistlərə açıqlamasında qeyd edib.