Şirvanda qəbir üstünə avtomobil qoydular - FOTO

Şirvanda ata qəzada dünyasını dəyişən oğlunun qəbrinin üstünə "VAZ 2106" markalı avtomobil qoyub.
 
Buta.media-nın məlumatına görə, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
 
Məlumatda qeyd olunur ki, hadisə bir neçə il öncə baş verib. Belə ki, gənc oğlan atasından avtomobilini sürmək üçün icazə istəyir. Lakin valideyn buna icazə vermir. Daha sonra oğlan maşının açarını oğurlayaraq, nəqliyyat vasitəsini qaçırır. Gənc atasının avtomobili ilə qəza törədərək həlak olur. 
 
Hadisədən sonra oğlunu dəfn edən ata, "VAZ 2106" markalı avtomobil alıb, onun qəbrinin üstünə, hədiyyə kimi qoyub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ