Rusiya Federasiyası Jurnalistlər Birliyi Azərbaycan Mətbuat Şurasının Rusiya ərazisində Azərbaycan KİV-lərinin bloklanması ilə bağlı bəyanatına cavab verib.
RFJB ölkədə və regionlarda əhalinin vəziyyətinin düzgün qiymətləndirilməsi baxımından hadisə və proseslərin obyektiv işıqlandırılmasının vacibliyini vurğulayıb.
Təşkilat bu prinsipdən çıxış edərək Azərbaycan əhalisinin Ukraynada baş verən proseslər barədə obyektiv məlumatlandırılmasının vacibliyini qeyd edib.
RFJB Azərbaycan Mətbuat Şurasından xahiş edir ki, Azərbaycan mediasına Rusiya tərəfindən irəli sürülən fikirlərlə tanış olmağa kömək etsin və bununla da Azərbaycan auditoriyası üçün tutarlı mənzərənin formalaşmasına töhfə versin.
Birliyin nümayəndələri də Bakıya gəlmək istəklərini bildiriblər.
Məktubda deyilir: “Əminik ki, birlikdə müvəqqəti çətinliklərin öhdəsindən gələcəyik və ənənəvi dostluq və əməkdaşlıq münasibətlərini davam etdirəcəyik.
Bundan əvvəl Azərbaycan Mətbuat Şurası bir sıra Azərbaycan KİV-lərinin Rusiyada bloklanmasından narazılığını bildirib.