Martın 20-dən Azərbaycanda Novruz tətili başlayır.
Buta.media-ın xəbərinə görə, Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.
Nazirlər Kabinetinin qərarına görə, tətil martın 20-dən 24-dək olan dövrü əhatə edir.
Əmək Məcəlləsinə əsasən, martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf edir. Bu səbəbdən beşgünlük iş həftəsində 25, 26 mart, altıgünlük iş həftəsində isə 25 mart tarixi istirahət günləridir.