Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Buta.media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 583 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 303 nəfər müalicə olunaraq sağalıb, 9670nəfər vəfat edib, aktiv xəstə sayı 610 nəfərdir.
Ölkədə son sutka ərzində 2695, hazırkı dövrədək isə 6 673 982 test aparılıb.