Sabah hava necə olacaq?

Bu gün və sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərə nisbətən mülayim olacaq.

Buta.media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, günorta saatlarında havanın yağmursuz olacağı gözlənilir:

“Gecə saatlarına doğru bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimal edilir. Martın 22-i gündüz saatlarında arabir güclənən Şimal-Qərb küləyi əsəcək. Ayın 23-24-də isə cənub-şərq küləyi gözlənilir. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq.

Bölgələrdə isə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə qar və sulu qar yağacaq. Ayın 22-23-də isə yağıntıların intensivliyi ötən günlərlə müqayisədə nisbətən zəifləyəcək. Havanın temperaturu bəzi rayonlarda 10 dərəcəyə qədər isti, dağlarda isə 5-8 dərəcəyə qədər şaxta olacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ