Azərbaycanda evə silahlı basqın - VİDEO

Şəmkirdə evlərə gecə saatlarında silahla girib oğurluq etmək istəyən şəxs kameraya düşüb. Oğru ev sahibinin yuxudan ayılmasından sonra qaçıb.


Xəzər TV-nin məlumatına görə, hadisə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində baş verib.


Çağırılmayan qonaq gecə saatlarında qonşunun həyətindən evə daxil olub. Evin müşahidə kamerası ilə çəkildiyini isə son anda görüb və üzünü əlindəki bel ilə gizlədib. 


Çıxış yolu kimi kameranın obyektivinə qara sellofan keçirməklə görüntünü məhdudlaşdırıb.


Evə girən oğru ev sahiblərinin yuxudan ayılmasından sonra heç nə götürə bilmədən evdən qaçıb. Sakinlər iddia edirlər ki, bu, birinci hal deyil. 


Son bir ayda bu kənddə 50-yə yaxın evə basqın edilib, pul və qızıl-zinət əşyaları aparılıb. Oğurluq edən şəxs və ya şəxslər evlərə gecə saatlarında silahla girirlər.


Faktlarla bağlı Şəmkir polisi məlumatlandırılıb. Oğurluq hadisəsini törədən və ya buna cəhd edən şəxs və ya şəxslərin axtarışı davam edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ