Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

Buta.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bu gün səhərdən başlayaraq sabahadək 15-20 m/s şimal-qərb küləyinin əsəcəyi, arabir 23-25 m/s-dək güclənəcəyi bildirilir. 

Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz  0-5° şaxta olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ