Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev (İsayev Vahid Zahid oğlu) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Baş Prokurorluqdan “Report”a məlumatı təsdiqləyiblər.
Onun nə üçün saxlanıldığı açıqlanmır.
Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib.