Bakıda kafedə siçovul gəzir - VİDEO

Bakıdakı tanınmış kafelərdən birində antisanitar şərait var. 

Buta.media xəbər verir ki, bununla bağlı görüntüləri jurnalist Anar Niftəliyev lentə alıb. 

O qeyd edib ki, videonu  “Kardeşler” kafesində çəkib. Görüntülərdə bir gəmiricinin şirniyyatlarla dolu olan piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi görünür. 

A. Niftəliyev qeyd edib ki, görüntü  “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən filialda qeydə alınıb: “Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ