Azərbaycandan Ermənistana beş maddəlik təklif - Cavab gözləyirik

Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı beş maddədən ibarət sənəd göndərib və cavab gözləyir.

Buta.media TRT-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C.Bayramov təklifin bu yaxınlarda göndərildiyini qeyd edib. Nazir əlavə edib ki, sənəd bir səhifədən ibarətdir:

“Əsas prinsiplər müəyyənləşdirildi və bu prinsiplər təklif edildi. Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə tezliklə münasibət bildirməlidir. Qeyd etməliyəm ki, bu sənəddəki prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair prinsiplərdir. Orada qeyri-adi nə isə yoxdur”.

Nazir Azərbaycanın dəfələrlə vurğuladığı iki ölkə arasında sərhədlərin müəyyən edilməsi məsələsinin də bu təkliflər sırasında olduğunu deyib. C.Bayramov əlavə edib ki, Azərbaycan bu məsələlərin həllini təklif edib, lakin Ermənistan hər zaman ilkin şərtlər irəli sürüb.

Azərbaycan XİN rəhbəri təxminən bir il əvvəl Ermənistana edilən təklifin cavabsız qaldığını xatırladıb:

“Ermənistan tərəfinin bu ikinci təklifə verdiyi cavaba baxaraq, yaxın vaxtlarda nə qədər səmimi olduqlarını görəcəyik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ