AZAL təyyarəsi ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcək

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin dekabrına qədər tamamlanacaq.

Bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.

“ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı ) tövsiyə olunan təcrübəsinin tələblərinə və standartlarına uyğun olaraq təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır”, o vurğulayıb.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ