Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, saat 23:30-da Heydər Əliyev prospektində “Mercedes”, “Renault” və “Changan” markalı 3 avtomobil toqquşub.
Qəza nəticəsində, “Changan”ın sürücüsü 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.
TƏBİB-dən bildiriblər ki, hadisə nəticəsində 1 nəfərin (qadın cinsli - təxminən 2 yaşında) həkiməqədər ölüm faktı qeydə alınıb. 36 yaşlı şəxs (kişi cinsli) isə Sabunçu Tibb Mərkəzinə təxliyə olunarkən təcili tibbi yardım avtomobilində vəfat edib.
Xəsarət alan digər şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Açıq kəllə-beyin travması, başın ağır dərəcəli əziyi, başın təpə nahiyəsinin əzilmiş yarası, burun-qulaq qanaxması, sol bazunun sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.