Azərbaycanda daha 126 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 126 yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Buta.media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 789 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 396 nəfər müalicə olunaraq sağalıb, 9 558 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 929 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, bu günə qədər isə ümumilikdə 6 611 402 test icra olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ