Rusiya sülhməramlıları Qarabağdan çıxarılır? - VİDEO

Rusiya sülhməramlı kontingentinin bir hissəsinin sonradan Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı iddia olunur.

Bu barədə sosial şəbəkələrdə müvafiq videolar yayılıb.

Martın 9-da səhər saatlarında çəkildiyi iddia olunan kadrlarda sülhməramlı kontingentin texnika və şəxsi heyətinin Laçın dəhlizində hərəkəti müşahidə olunur.

Sözügedən kolonun Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı bildirilir.

Həmçinin başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər.

Mənbə: Calibr

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ