Xırdalan şəhərinə yeni yollar çəkiləcək

M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsü tikiləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Həmçinin Dövlət Proqramında qeyd edilib ki, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək. AAYDA və RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ tərəfindən 2030-cu ilə kimi yolötürücüsü istismara veriləcək.

Bundan əlavə Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtomobil yolu tikilərək istismara veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ