Azərbaycanda “TURKOVAC” vaksini kimlərə vurulacaq?

Türkiyə istehsalı “TURKOVAC” vaksininin kimlərə vurulacağı məsələsinə aydınlıq gətirilib.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov klinik sınaqlar üçün 15 aylıq dövrün olduğunu bildirib.

Onun sözlərinə görə, koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək: “Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğun protokollaşdırdıqdan sonra həmin könüllülərin buster doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcək”.

Ümumi oalraq, Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ