Salyan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayonunun Şorsulu kəndində qeydə alınıb. “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb.
Ölənlərdən biri 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) Biləsuvar rayon sakini, 1967ci il təvəllüdlü Qurbanov Mübaşir Əli oğlu, digəri isə Şorsulu kənd sakini, 1962-ci il təvəllüdlü Əhmədov Mustafa Allahyar oğludur.
Yaralılar Quliyev Cəlal Ceyhun oğlu və Zeynalov Samid Eldəniz oğlu isə Salyan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.