Bakıda QHT sədrinin qızını avtomobil vurub öldürdü

Paytaxtın Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Buzovna qəsəbəsi Zuğulba şosesində qeydə alınıb.

Samid İslamov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə İsmayılova Zöhrə Faiq qızını vurub. Piyada hadisə yerində vəfat edib. 

Vəfat edən Zöhrə İsmayılova “İşğaldan azad edilmiş ərazilərdə Tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun qızıdır. O, 4 nömrəli xüsusi internat məktəbində müəllim işləyirmiş.

Hadisə Z.İsmayılova işə getmək üçün avtobus dayanacağına keçmək istəyərkən baş verib.

Mərhumun üç övladı qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ