Azərbaycanda həftəsonu hava yağışlı olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 18-i axşamdan 19-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 18-i axşamdan 20-si gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. 19-u gündüz yağıntıda qısa müddətə fasilə olacaq.

Yanvarın 18-nə olan hava proqnozu

Sabah, yanvarın 18-də, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.

Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq rayonlarında yağıntının arabir intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ