Sumqayıtda ağır qəza. Ölənlər və xəsarət alanlar var - video

Sumqayıtda iki nəfərin ölüm nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA məlumat yayıb.

Qəza Sumqayıtın Sülh küçəsində qeydə alınıb.

“Hyundai” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb. Onlardan biri 1960-cı il təvəllüdlü Mehtiyev Yavər Əjdər oğludur. Qəza zamanı ölən ikinci şəxsin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər isə xəstəxanaya çatdırılıb. Onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ