"Heç kim görümürsə, hər şey gizli qalır" - İşdən çıxarılan Ləman Əliyevanın əri danışdı

Əməliyyat otağında qeyri-adi təbrik alan German Hospital klinikasının mama-ginekoloqu Ləman Əliyeva ətrafında qalmaqal bir neçə gündür səngimir.

Qeyd edək ki, Ləman Əliyeva həyat yoldaşı Əziz Rəfibəyli ilə birlikdə German Hospital-nda çalışır və həmin gün əməliyyatı birlikdə ediblər. Əziz Rəfibəyli bu klinikanın ginekologiya şöbəsinin müdiridir.

Səs-küylü olayı 1news.az-a şərh edən Əziz Rəfibəyli bildirib ki, rəhbərliklə baş verənləri müzakirə edəndə o, həmin şəxsin ad günü olduğu üçün əməlin emosiya zəminində törədildiyini və sadəcə sevincli anını paylaşmaq istədiyini bildirib. 

Həkimin sözlərinə görə, o, özü də bunun necə baş verdiyini anlamır.

“Kimsə qaydaları pozarsa və heç kim görümürsə, hər şey gizli qalır. Amma insanlar bunu görəndən Səhiyyə Nazirliyinin nümayəndələri işə qarışdı”, - deyə həkim bildirib.

Ginekoloq cərrahiyyə əməliyyatxanasında baş verən hadisəyə görə Səhiyyə Nazirliyinin komissiyasının ona cərimə kəsdiyini də bildirdi: “Hamımız cəzalandırıldıq. Həyat yoldaşımı işdən uzaqlaşdırdılar, həm də cərimə etdilər”.

O, həyat yoldaşını bütün bunların ona qarşı yönəlmiş mütəşəkkil bir iş olduğu barədə dediklərini də təsdiqləyib.

“Burada heç bir tibbi səhv olmayıb və mahiyyət etibarı ilə bu, klinikanın daxili işidir. Xəstə sağlam və heç bir şikayəti yoxdur. Əsas odur ki, xəstələr yaxşıdır, qalan hər şeyin əhəmiyyəti yoxdur”, o əlavə edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ