Azərbaycanda martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq”.
Bu barədə Buta.media-ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Abşeron yarımadasında havanın temperaturu fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək.
U.Tağıyevanın sözlərinə görə, ikinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.