Hindistan vətəndaşı Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashin hadisə zamanı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Onun həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkal isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.