Paytaxtın Babək prospektindəki körpüdə təhlükəli vəziyyət yaranıb.
“Qafqazinfo”nun məlumatına görə, körpüdə daşlar qoparaq yola düşüb. Bu vəziyyət həm sürücüləri, həm də piyadaları narahat edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sorğumuza cavabda məsələyə aydınlıq gətirib: “Babək prospektində yerləşən yol ötürücülərindən birində bəzək üçün vurulmuş üzlük daşlarının kiçik bir hissəsi qoparaq yol kənarına düşüb. Qısa müddət ərzində həmin daş hissələri yol kənarından təmizlənərək kənarlaşdırılıb.
Yol ötürücüsündə olan digər üzlük daşları tərəfimizdən yoxlanılıb və qopma ehtimalının olmadığı müəyyən edilib”.