Bir müddət əvvəl ölüm xəbəri yayılan aktyor Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub.
Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib
“Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”, - deyə o əlavə edib.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.