Əlahiddə Ümumqoşun Ordu komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov şəhid Zaman Məmmədovun ailəsini ziyarət edib.
Z. Məmmədov Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Z.Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.