Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.
Bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Qəzanın baş verdiyi məkandan görüntü paylaşan ictimai fəal bildirib ki, avtomobil kirayə götürülüb və yüksək sürətlə idarə edilib. Belə ki, maşın əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb.