“Can deyib, can eşidirdik, planlarımız var idi...” - video

“Xatirələrimiz nə qədər gözəl, nə qədər əziz desəm, azdır. Can deyib, can eşidirdik”.

Bunu Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın həyat yoldaşı jurnalistlərə açıqlamasında deyib.

“Gələcəklər bağlı planlarımız var idi. Hər gün işə özüm aparıb gətirirdim. Son olaraq da səhər 6-da oyandıq, həmişəki kimi çörəyimizi yedik, şirin, mehriban söhbətlərlə yola düşdük, getdik işə. Saat 12-də gələsi idi, mən də 12-də onun ardınca gedəcəkdim. Təəssüflər olsun ki, faciə xəbəri yayıldı və olanlara da bütün Azərbaycan, dünya şahiddir...”, - deyə o əlavə edib. 

Qeyd edək ki, Hökumə Əliyeva və digər həlak olan ekipaj üzvləri ötən gün II Fəxri xiyabanda dəfn edilib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ