Dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X. Quluzadənin idarə etdiyi “Opel” markalı avtomobillə E.Kərimlinin idarə etdiyi “Vaz” markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Bildirilir ki, toqquşan avtomobillərdən “VAZ 2107”də olanlar Beyləqan rayon sakinləridir və bir ailənin üzvləridir. Onlar Salyana yas mərasiminə gedirmiş.
“Opel” markalı avtomobildə olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gedirmiş.