Qazaxıstanda Aktau yaxınlığında baş verən təyyarə qəzasında Ukraynanın Kropivnitski şəhərindəki Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında təhsil alan pilot Aleksandr Kalyaninov həlak olub.
Qurumda qeyd edildiyi kimi, Kalyaninov uşaqlıqdan atası kimi pilot olmaq və həyatını səma ilə bağlamaq istəyirdi. 2021-ci ilin aprel ayında Aviasiya Nəqliyyatı üzrə magistr dərəcəsi almışdır.
Kalyaninov Uçuş əməliyyatları fakültəsində təhsil alıb və pilot mühəndis və tədqiqat mühəndisi kimi ixtisaslaşıb.
“Aleksandr çox ağıllı, bilikli, bir neçə xarici dildə sərbəst danışan, çox dürüst və həmişə kömək etməyə hazır idi. Təyyarə qəzası zamanı öz həyatını riskə ataraq xidməti vəzifələrini yerinə yetirərkən onlarla insanın həyatını xilas edib”, - deyə qurumdan əlavə ediblər.
Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub. İzmir Universitetində bakalavar təhsilini alıb. Onun atası da pilot olub. KİV-də yayılan məlumata görə atası da təyyarədə dünyasını dəyişib. Ürək tutmasından.