Çeçenistanda təyyarə qəzasına görə matəm elan olundu

Dekabrın 28-i Çeçenistanda Bakı-Qroznı təyyarəsi qəzasında həlak olanlar üçün matəm günü elan edilib.

Matəm günü respublikada Rusiya və Çeçenistanın bayraqları yarıya qədər endiriləcək. Televiziya və radio şirkətlərinə, mədəniyyət qurumlarına əyləncə tədbirlərini ləğv etmək tövsiyə olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ