Təyyarə niyə Qroznıda eniş edə bilməyib - Rusiya Aviasiyasından açıqlama

Qroznıda eniş cəhdindən sonra Qazaxıstanda qəzaya uğrayan təyyarənin komandirinə başqa hava limanları təklif olunub, lakin o, Aktauya getmək qərarına gəlib.

Bunu Rusiya Aviasiyasının rəhbəri Dmitri Yadrov qeyd edib.

Rusiya Aviasiyasının rəhbərinin sözlərinə görə, Qroznı ətrafında təyyarə qəzası baş verən saatlarda vəziyyət çətin idi. 

"Ukrayna pilotsuz təyyarələrinin terror hücumları səbəbindən “Kover” planı tətbiq olunmuşdu. Qroznı hava limanında qalın duman var idi, təyyarə komandiri orada iki uğursuz eniş cəhdi etmişdi. Bundan sonra təyyarə komandirinə digər hava limanlarına yönəlmək təklif olunsa da, o, Aktauya getmək qərarına gəlib. AZAL-ın təyyarə qəzasının araşdırılmasında Qazaxıstan və Azərbaycana hərtərəfli dəstək verməyə hazırıq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ