AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.

Bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

Hazırda Aktauda olan Baş nazirin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.

Baş nazirin müavininin sözlərinə görə, hazırda 38 nəfərin öldüyü məlumdur.

Baş nazirin müavini meyitlərin tanınmaz halda olduqlarını, onların morqa aparılacağını və şəxsiyyətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ